KOBİA indiyə qədər 1 500-dən çox sahibkarın sərgidə və yarmarkalarda iştirakına dəstək göstərib
- 13-05-2025, 11:00
- İqtisadiyyat / Biznes
- 0
- 783
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2018-ci ildən etibarən 1 500-dən çox startap, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin müxtəlif ixtisaslaşmış yerli və xarici sərgilərdə və yarmarkalarda iştirakına dəstək göstərib.
"Sizinxeber.az" xəbər verir ki, bunu agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda işə başlamış 18-ci Azarbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") va 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan”) sərgilərinin açılış mərasimində bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatı və qida sənayesi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır: "KOBİA bu sektorlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir. Bunun davamı olaraq KOBİA mikro, kiçik və orta sahibkarların bugünkü sərgilərdə iştirakına dəstək göstərir".
Sədr vurğulayıb ki, agentliyin dəstəyi ilə aqrar və qida sektorlarında fəaliyyət göstərən 9 KOB subyekti onlar üçün ayrılmış xüsusi stenddə öz məhsul və xidmətlərini təqdim edirlər:" Stendimizdə mikro, kiçik və orta sahibkarlar tərəfindən istehsal olunmuş müxtəlif turşular, əzmələr, donmuş meyvə püreləri, siroplar, suxarilər, peçenyelər, təbii sirkələr, kərə yağları, şərablar, ballar, toxumlar və göbrələr, suvarma sistemləri və avadanlıqları və s. nümayiş olunur".


width="220" alt="Bakıda keçiriləcək aqrar sərgilərdə KOB-lar üçün xüsusi stend qurulacaq" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />