Azərbaycanda KOB layihələrinin maliyyələşdirilməsi üçün müsabiqənin nəticələri açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda KOB layihələrinin maliyyələşdirilməsi üçün müsabiqənin nəticələri açıqlanıb


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilən 6-cı qrant müsabiqəsinin nəticələrinə görə 20 layihənin maliyyələşdirilməsinə dair qərar qəbul edilib.

Bu barədə "Report" KOBİA-ya istinadən xəbər verir. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin hər birinə maksimum 20 min manata qədər maliyyə vəsaiti ayrılacaqdır.

Layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert Komissiyasının dekabrın 6-da keçirilmiş iclasında qeyd edilib ki, müsabiqəyə KOB subyektləri tərəfindən 259 layihə təqdim edilib. KOB subyektlərinə məxsus layihələrin 111-i hüquqi, 148-i fiziki şəxslərə, o cümlədən 248-i mikro, 10-u kiçik, 1-i iri sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunmuş layihələrdən 90-ı təhsil, 22-si elm, 56-sı tədqiqat, 91-i dəstək layihələridir.

Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 6-cı qrant müsabiqəsinə sənəd qəbulu 24 sentyabr - 23 oktyabr 2024-cü il tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 25 oktyabr - 25 noyabr tarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb.

Qalib layihələr barədə ətraflı məlumatı KOBİA-nın saytından əldə etmək olar: https://smb.gov.az/az/nav/qrant

Oxşar xəbərlər

KOBİA I yarımildə 375 min manat qrant ayırıb
Azərbaycanda KOB-ların layihələrinin maliyyələşdirilməsi üçün müsabiqə elan edilib
KOBİA: Orta və kiçik sahibkarlara verilən kreditlər azalıb
Naxçıvanda bu il KOB subyektləri 22 mənşə sertifikatı alıb
Bakıda IV "Rebuild Karabakh" sərgisi keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle