Yelo Bank-ın dəstəyi ilə uşaq yaradıcılığını tanıdan tədbir keçirilib
sizinxeber.az xəbər saytı

Yelo Bank-ın dəstəyi ilə uşaq yaradıcılığını tanıdan tədbir keçirilib


Yelo Bank, Azərbaycanın ən böyük sosial yönümlü uşaq moda layihələrindən biri olan “Azerbaijan Kids Festival”-a dəstək olub. “Nine Senses” mərkəzində keçirilən tədbirdə 4-15 yaş arası 20 uşaq moda nümayişində iştirak edib, öz bacarıqlarını geniş auditoriya və tanınmış münsiflər heyəti qarşısında təqdim ediblər.

Festivalda həmçinin 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbindən olan eşitmə məhdudiyyətli uşaqlar da iştirak ediblər. Onlar “Sən Möcüzəsən” adlı ifa altında milli ornamentli geyimlərində səhnəyə çıxıblar. Onların çıxışı bir daha uşaqların cəmiyyətə inteqrasiyası və bərabər imkanların təmin olunmasının vacibliyini vurğulayır.

Layihənin əsas məqsədi uşaqlarının yaradıcı ruhunu dəstəkləmək və istedadlarını geniş kütləyə tanıtmaqdır. Festivalda fərqlənən iştirakçılar və qaliblər ölkəmizi beynəlxalq layihələrdə təmsil etmək hüququ qazanacaqlar.

Yelo Bank, biznesdə və cəmiyyətdə inklüzivliyi təşviq edən belə təşəbbüsləri dəstəkləməyə davam edəcək.


Kredit veren banklar axtarırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Oxşar xəbərlər

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək
Uşaq evlərinin komandaları arasında minifutbol turniri təşkil olunub
“Shokki Mokki” təhsil sahəsində dəstəyini davam etdirir
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün yeni peşə təliminə başlayıb
Mədəniyyət Nazirliyi “Yaşıl STEAM Azərbaycan” Festivalında təmsil olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər