Mədəniyyət Nazirliyi “Yaşıl STEAM Azərbaycan” Festivalında təmsil olunur
24-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq “Yaşıl STEAM Azərbaycan” Festivalı (SAF – 2024) keçirilir.
Mədəniyyət Nazirliyindən Sizinxeber.az-ya verilən məlumata görə, festival Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə gerçəkləşir.
Bu il 4-cü dəfə keçirilən “STEAM Azərbaycan”da ilk dəfə Mədəniyyət Nazirliyinin bədii təhsil ocaqları da təmsil olunur.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi və Rəşid Behbudov adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri builki festivalda süni zəka və incəsənət mövzusunda bilik və bacarıqlarını nümayiş etdirəcəklər. Hər iki məktəbin şagirdləri ifaçılıq və rənglərlə harmoniya yaratmaq sahəsində süni zəka və yaşıl düşüncə vərdişlərindən faydalanacaqlar.
Festivalda “H2 Grand Prix PRO”, “FlyTech”, “CubeSaT”, “VEX IQ Competition”, “VEX Robotics Competition”, “VidX”, “Engineers of Future”, “Green initiatives” və “Green Coding” kateqoriyaları üzrə yarışlar təşkil olunacaq.
Oxşar xəbərlər
Azərkosmos və “STEAM Azerbaijan” tərəfindən keçiriləcək “CubeSAT” kateqoriyası üzrə müsabiqə elan edilib
STEAM Azərbaycan layihəsinin universitetlərdə tətbiqinə başlanıb
Füzulidə məktəblilərin yay düşərgəsi təşkil olunacaq
Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzində “Füzulidə yay məktəbi”nin açılışı olub
“Teknofest”də iştirak edən Azərbaycan komandası yarışın qalibi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













