

Əmanətlərin Sığortalanması Fondu qanvermə aksiyası keçirib
Əmanətlərin Sığortalanması Fondunda Prezident İlham Əliyevin təsdiqlədiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına dəstək çərçivəsində talassemiya, hemofiliya, leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün növbəti qanvermə aksiyası baş tutub.
Aksiyada könüllü donor kimi Fondun və ləğv prosesindəki bankların 100-dən çox əməkdaşı iştirak edib. Fondun həyata keçirdiyi sayca 3-cü qanvermə aksiyasının əsas məqsədi hemofiliya və talassemiya, eləcə də digər qan xəstəliklərindən əziyyət çəkən insanlara, ələlxüsus da uşaqlara könüllü və təmənnasız yardım etmək, habelə onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Mərkəzi Qan Bankının ezam etdiyi xüsusi tibb briqadasının həkim-hematoloqları ilk öncə hər bir donordan qanın ümumi analizini götürüb, ardınca isə digər tibbi müayinələri keçirib. Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Hər il qan xəstəliklərindən əziyyət çəkən yüzlərlə insan qan çatışmazlığından həyatını itirir və ya sağlamlıq durumu kəskin şəkildə pisləşir. Bunu nəzərə alaraq kütləvi qanvermə aksiyalarının keçirilməsi sözügedən insanların xilas edilməsi baxımından cəmiyyət üçün başlıca məna kəsb edir.
Oxşar xəbərlər
“AzerGold”da növbəti qanvermə aksiyası keçirilib
“Azercell Könüllüləri”nin xeyriyyə təşəbbüsləri davam edir
“Bank of Baku” qanvermə aksiyası keçirdi: “Qanında həyat var!” - FOTO
"Expressbank"da qanvermə aksiyası keçirilib
“Baku Steel Company” QSC-də qanvermə aksiyası keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
