"Expressbank"da qanvermə aksiyası keçirilib
"Expressbank" ASC korporativ sosial məsuliyyətinə hər zaman həssas yanaşan maliyyə institutu olaraq ənənəvi qanvermə aksiyasını bu il də həyata keçirib.
Mərkəzi Qan Bankının dəstəyi ilə ərsəyə gələn aksiya zamanı donorların sağlamlıq vəziyyətini peşəkar həkim-hemotoloq müayinə etdikdən sonra yalnız sağlamlıq göstəriciləri uyğun olan şəxslərdən qan götürülüb. Tədarük olunan qan talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə çatdırılmaq məqsədilə depolanıb.
8 may Beynəlxalq Talassemiya Günü münasibətilə Bankın Baş ofisində keçirilən aksiyaya Bankın paytaxt filiallarından da qatılanlar olub. Aksiyada həmçinin Bankın rəhbər heyəti, o cümlədən Müşahidə Şurasının müstəqil üzvü, Audit Komitəsinin sədri Fuad Məmmədov, İdarə Heyətinin sədri Mehman Məmmədov və İdarə Heyətinin üzvü, Baş risk inzibatçısı Rüfət Mürşüdlü də iştirak edib.
Qanvermə aksiyaları "Expressbank"da artıq illərdir ki, davam edir və ənənə halını alıb. Bank bildirib ki, bu tipli aksiyaların təşviqinə irəlidəki illərdə də dəstəyini göstərəcək.
"Expressbank" Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Oxşar xəbərlər
“Bank of Baku” qanvermə aksiyası keçirdi: “Qanında həyat var!” - FOTO
"Expressbank" AQTA-nın layihəsinə qoşulub
“Expressbank”da “Sağlamlıq ayı” çərçivəsində dermatoloji seminar təşkil edilib
"Expressbank"ın faiz gəlirləri 25 % artıb
“Azercell Könüllüləri”nin xeyriyyə təşəbbüsləri davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













