AMB 1D AZİR indeksindəki dəyişikliyin depozit faizlərinə təsirini açıqlayıb
sizinxeber.az xəbər saytı

AMB 1D AZİR indeksindəki dəyişikliyin depozit faizlərinə təsirini açıqlayıb


AZİR indeksinin 1 faiz bəndi dəyişməsi fiziki şəxslər üzrə depozit faizlərinə 0,14-0,27 faiz bəndi təsir edir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentinin müavini Elçin Güləliyev bildirib.

"2023-cü ilin noyabrından 1D AZİR indeksi faiz dəhlizi daxilində formalaşır ki, bu da pul siyasətinin ötürücülüyündə faiz kanalının işləməyə başladığını göstərir",- deyə o qeyd edib.

AMB rəsmisinin sözlərinə görə, ötən 2 ilin təcrübəsi və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ekspertləri ilə sız əməkdaşlıq çərçivəsində AZIR indeksinin hesablanmasının yeni və daha təkmil qaydaları hazırlanaraq təsdiq edilib.

"1D AZİR indeksinin kredit faizlərinə təsirini ölçməyə cəhd etmişik. Hələ ki, bununla bağlı qiymətləndirmələr davam edir. Sadəcə bi raz zaman lazımdır. Daim bununla bağlı işlər aparılır", - deyə o əlavə edib.

Oxşar xəbərlər

AMB: Qısamüddətli pul bazarında orta gəlirlilik faiz dəhlizi daxilindədir
AMB: Not emissiyası 46 %-ə yaxın azalıb
Taleh Kazımov: "AZİR indeksi 1 ildən çoxdur ki, uçot dərəcəsinə yaxın idarə edilir"
Maliyyə Nazirliyinin vahid xəzinə qalığının depozit qoyulmasının bank sisteminə təsirləri açıqlanıb
Azərbaycan banklarında kredit və depozit portfelləri üzrə dollarlaşma azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər