Azərbaycan banklarında kredit və depozit portfelləri üzrə dollarlaşma azalıb
2024-cü ildə Azərbaycanın bank sektoru üzrə kredit portfelinin dollarlaşması 2023-cü illə müqayisədə 2,7 faiz bəndi azalaraq 16,1 % (tarixi minimum) olub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, il ərzində depozit portfelinin dollarlaşması isə 0,9 faiz bəndi azalaraq 37,5 % olub.
O cümlədən, Hüquqi Şəxslərin (HŞ) müddətli depozitləri üzrə dollarlaşma 6,7 faiz bəndi azalaraq 52,5 % təşkil edib. Xarici valyutada HŞ-lərin tələbli depozitlərinin cəmi depozit portfelində payı isə 1 faiz bəndi azalaraq 35,3 % olub. 2023-cü ilin sonu ilə müqayisədə fiziki şəxslərin müddətli depozitləri üzrə dollarlaşma 0,8 faiz bəndi artaraq 35,1 %, tələbli depozitləri üzrə isə 0,5 faiz bəndi azalaraq 33 % olub.
2024-cü ildə kredit portfeli üzrə de-dollarlaşmanın əsas drayveri biznes kreditləri olub. Manatın məzənnəsinin sabitliyi, manatla kreditləşmənin genişlənməsi fonunda kredit portfelində milli valyutada olan kreditlərin payının artması trendi davam edib. 2024-cü ildə kredit portfelinin dollarlaşması 2,7 faiz bəndi azalaraq 16 % təşkil edib. Bu azalmanın əsas səbəbi biznes kreditləri olub. Belə ki, hesabat ili ərzində biznes kreditlərinin dollarlaşma səviyyəsi 4,6 faiz bəndi azalaraq 28,4 %-ə çatıb.
Həmçinin AMB-nin normativ xarakterli aktlarına əsasən ipoteka kreditinin yalnız milli valyutada verilməsi tələbi ipoteka kreditləri üzrə portfelin demək olar ki, milli valyutada olmasını şərtləndirib. 2024-cü ildə istehlak kreditlərinin dollarlaşması da 0,3 faiz bəndi azalaraq 2,5 %-ə düşüb. Xarici valyutada depozit təminatlı istehlak kreditləri istisna olmaqla, ötən ilin sonuna istehlak kreditləri üzrə dollarlaşma 0,3 % olub.
Oxşar xəbərlər
Azərbaycanda bank sektorunun aktivləri 2,4% artıb
AMB hüquqi şəxslərin depozitlərinin azalmasının əsas səbəbini açıqlayıb
Azərbaycanın mobil cihaz bazarında “Samsung”un payı 10 % azalıb
“Samsung” Azərbaycanın planşet bazarındakı payını itirir
Azərbaycanın mobil cihaz bazarında “Samsung”un payı azalmaqda davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












