Sahibkarlığın İnkişafı Fondunun banklardakı depozitləri 50 %-ə yaxın artıb
sizinxeber.az xəbər saytı

Sahibkarlığın İnkişafı Fondunun banklardakı depozitləri 50 %-ə yaxın artıb


Bu il yanvarın 1-nə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) banklarda 126,283 milyon manat depoziti olub.

“Sizinxeber.az” bu barədə Fondun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2024-cü il yanvarın 1-i ilə müqayisədə 49,5 % çoxdur.

Xatırladaq ki, SİF ölkə prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 7,307 milyon manatdır.

Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərmana sasən, SİF və İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu yaradılıb. Dövlət başçısı 23 dekabr 2024-cü il tarixində isə Fondun fəaliyyətinin təmin edilməsi, bununla bağlı bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Fondun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiq edilib.

Oxşar xəbərlər

Sahibkarlığın İnkişafı Fondunun xalis mənfəəti 4 dəfəyə yaxın artıb
Azərbaycanda bu il verilən güzəştli kreditlərin həcmi açıqlanıb
Naxçıvanda Sahibkarlığın İnkişafı Fondunun qalıq vəsaiti 3 dəfə artıb
Sahibkarlığın İnkişafı Fondu maliyyələşdirməni 28 % artırıb
Qarabağ Dirçəliş Fondunun xalis mənfəəti 30 % azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər