Azərbaycan Türkiyədən metal idxalı xərcini 20 %-ə yaxın artırıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 44,643 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.
"Sizinxeber.az" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 % çoxdur.
Təkcə apreldə isə Türkiyə Azərbaycana 14,411 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da bir il əvvələ nisbətən 41,9 % çoxdur.
4 ayda Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə10 % artaraq 4,669 milyard ABŞ dollarına, aprel ayında isə 26,1 % artaraq 1,363 milyard ABŞ dollarına çatıb.
Türkiyədən ən çox qara və əlvan metal idxalı Almaniya 555,853 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 13,8 % çox), İtaliya 373,066 milyon ABŞ dolları (5,3 % çox) və Bolqarıstan 279,685 milyon ABŞ dolları (26,7 % çox) dəyərində həyata keçirib.
Oxşar xəbərlər
Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci təqribən 10 % artırıb
Azərbaycan Türkiyədən 4 ayda geyim idxalına 22 milyon dollara yaxın vəsait xərcləyib
Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 48 %-ə yaxın artırıb
Azərbaycan Türkiyədən meyvə-tərəvəz məhsulları idxalına çəkdiyi xərci 8 %-dən çox artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
