

Azərbaycan və ABŞ bank tənzimlənməsi üzrə ikinci dəfə danışıqlar aparacaq
Mayın 19-23-də Azərbaycandan ABŞ-yə ikinci bank missiyası həyata keçiriləcək.
"Sizinxeber.az" ABŞ-Azərbaycan Ticarət Palatasına (USACC) istinadən xəbər verir ki, bu missiya çərçivəsində Vaşinqton və Nyu-Yorka səfərlər, "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctima Birliyi ilə birgə "Bank komplayensi və maliyyə bütövlüyünün gücləndirilməsi: tənzimləmə sahəsində Azərbaycan-ABŞ təcrübə mübadiləsi" adlı tədbir təşkil olunacaq.
Təşəbbüsün məqsədi Azərbaycan bankları ilə ABŞ-nin tənzimləyici orqanları, aparıcı maliyyə institutları və sahə ekspertləri arasında əməkdaşlığı gücləndirməkdir.
"Son illərdə Azərbaycan və ABŞ bankları arasında maliyyə sahəsində qarşılıqlı əlaqələr əhəmiyyətli dərəcədə genişlənib. Biznes və ticarət əlaqələrinin inkişafı üçün yeni perspektivlər açılıb. Azərbaycanın bank sisteminə inamın artması və ölkənin maliyyə sektorunda peşəkarlığın yüksəlməsi ABŞ bankları ilə davamlı müxbir münasibətlərinin qurulmasında əsas rol oynayıb", - USACC-dən bildirilib.
Palatanın məlumatına görə, Azərbaycan bu gün Cənubi Qafqaz ölkələri arasında ABŞ maliyyə bazarlarına ən böyük investordur. Bu, ölkənin Birləşmiş Ştatlarla iqtisadi və maliyyə əlaqələrini dərinləşdirmək istəyini göstərir.
"İkinci bank missiyası artan tərəfdaşlığa əsaslanır. Proqram Azərbaycan komplayens mütəxəssislərinin ixtisasının artırılmasına, təcrübə mübadiləsinə, normativ tələblərə riayət olunması ilə bağlı təcrübələrin təkmilləşdirilməsinə, maliyyə şəffaflığının təşviqinə və beynəlxalq tənzimləmə standartları ilə uyğunlaşdırılmasına yönəlib", - palatadan bildirilib.
Məlumat yenilənir
Oxşar xəbərlər
Azərbaycan və Gürcüstanın milli bankları əməkdaşlığın yeni mərhələsinə keçib
"Bank of Baku"nun Müşahidə Şurasının sədri Elçin İsayev ABA-nı 35 illiyi münasibətilə təbrik edib
Azərbaycan və Çin bank sektorunda institusional əməkdaşlığı dərinləşdirə bilər
Mərkəzi Bank Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə müşahidəçi qismində üzv olub
ABŞ Rusiyaya qarşı sanksiyaları pozduğuna görə bankları hədələyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
