Azərbaycan və Gürcüstanın milli bankları əməkdaşlığın yeni mərhələsinə keçib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Gürcüstanın milli bankları əməkdaşlığın yeni mərhələsinə keçib


Azərbaycan Mərkəzi Bankı (AMB) və Gürcüstan Milli Bankı arasında əməkdaşlığın dərinləşdirilməsi maliyyə xidmətlərinin inkişafında yeni mərhələyə keçidə töhfə verəcək.

"Sizinxeber.az" bu barədə Gürcüstanın Milli Bankına istinadən xəbər verir. Bu iki qurum arasında imzalanan əməkdaşlığa dair Anlaşma Memorandumda əksini tapıb.

İmzalanma Gürcüstan Milli Bankının sədri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyətinin AMB-ya səfər çərçivəsində baş tutub.

Memorandumun məqsədi pul siyasəti, maliyyə sabitliyi siyasəti, bank nəzarəti, ödəniş sistemləri, eləcə də maliyyə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsidir. Həmçinin memorandum çərçivəsində təcrübə və məlumat mübadiləsinin aparılması, təlim və birgə seminarların keçirilməsi, texniki məsləhətlərin verilməsi məqsədilə araşdırma və tədqiqat xarakterli səfərlərin təşkili də nəzərdə tutulub.

Mərkəzi Bankın sədri Taleh Kazımov ilə keçirilən görüşdə bir sıra istiqamətlərdə mərkəzi banklar arasında mövcud əməkdaşlıq əlaqələri çərçivəsində əldə olunan nəticələr ilə bağlı məmnunluq ifadə olunub, ödəniş sistemlərinin müasirləşdirilməsi, risk-əsaslı bank nəzarətin tətbiqi, monetar sferada islahatlar, maliyyə texnologiyalarının tətbiqi, maliyyə savadlılığının artırılması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.Gürcüstan Milli Bankı bildirir ki,

Oxşar xəbərlər

Azərbaycan Mərkəzi Bankı Gürcüstan Milli Bankı ilə Anlaşma Memorandumu imzalayıb
TDT-nin Mərkəzi Banklar Şurasının yaradılması haqqında memorandum imzalanıb
AMB və Gürcüstan Milli Bankı arasında Memorandum imzalanıb
Gürcüstan Çinlə ticari-iqtisadi əməkdaşlığı dərinləşdirmək niyyətindədir
Azərbaycan və Çin bank sektorunda institusional əməkdaşlığı dərinləşdirə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər