Avropa Komissiyasının rəhbəri: Aİ Cənubi Qafqazda bağlantı layihələrinə 200 milyon avro qrant ayıracaq
sizinxeber.az xəbər saytı

Avropa Komissiyasının rəhbəri: Aİ Cənubi Qafqazda bağlantı layihələrinə 200 milyon avro qrant ayıracaq


Avropa İttifaqı (Aİ) "Global Gateway" proqramı çərçivəsində Cənubi Qafqazda bağlantının inkişafı layihələrinə 200 milyon avro məbləğində qrant ayıracaq.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyulun 1-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Aİ qarşılıqlı bağlılıq vasitəsilə sülhü təşviq etmək istəyir:

"Bizim "Global Gateway" adlı proqramımız var və biz Qafqazda bağlantı layihələrini stimullaşdırmaq üçün 200 milyon avro məbləğində qrantlar ayıracağıq və bu, 2 milyard avro potensialı olan bir gələcək yaradacaq. Söhbət həm özəl, həm də dövlət investisiyalarından, həmçinin Naxçıvan istiqamətində dəmir yolundan, layihələrin həyata keçirilməsindən və Bakı limanının inkişafından gedir".

Avropa Komissiyasının rəhbəri vurğulayıb ki, bu gün Cənubi Qafqaz çox mühüm yolayrıcında yerləşir, bu da onun strateji əhəmiyyətini artırır, Azərbaycan isə burada vacib rol oynayır:

"Sizin ölkəniz regional sabitliyi və inkişafı təşviq edə bilən azsaylı ölkələrdən biridir. Bu gün Azərbaycan və Avropa İttifaqı bağlantı sahəsində də yüksək səviyyəli dialoq həyata keçirir. Eyni şeyi rəqəmsal bağlantı barədə də demək olar".

Oxşar xəbərlər

Ursula Fon der Lyayen: Aİ Bakıda regional bağlantı üzrə konfrans keçirməyi təklif edəcək
Avropa İttifaqı Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracaq
Aİ Ukraynaya 160 milyon avro ayıracaq
AK Avropaya dünyanın hər yerindən alimləri cəlb etmək üçün 500 milyon avro ayıracaq
Avropa Parlamentində 58 milyon avro məbləğində qrant sazişlərinin yoxlanılması istənilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər