ADB: Azərbaycanda son illər 1,5 mln. insan bank xidmətlərindən istifadəyə başlayıb
Son illər Azərbaycanda yeni texnologiyaların tətbiqi nəticəsində maliyyə xidmətlərindən istifadə edənlərin sayı artıb. Ölkədə rəqəmsal ödənişlərdən istifadə edənlərin sayı 2025-ci ilin əvvəlinə 3,85 milyon nəfərə çatıb.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) hesabatında bildirilib. Məlumata görə, həyata keçirilən layihələr nəticəsində bir neçə ildə 1,5 milyon nəfər bank xidmətlərindən istifadəyə cəlb edilib.
Qeyd edilib ki, Mərkəzi Bankın rəqəmsal ödəniş strategiyası çərçivəsində yaradılmış Ani Ödənişlər Sistemi (AÖS) müştərilərin və bank hesablarının məsafədən qeydiyyatına imkan verir. Bu sistem istifadəçilərə hesab balansı barədə məlumat almağa, hesabları idarə etməyə və bağlamağa imkan verir. Əməliyyatlar təhlükəsizliyi təmin edən açıq bankçılıq prinsiplərinə əsaslanır və bu da satıcılar və banklar arasında hesab məlumatlarının paylaşılması ilə ödənişlərin həyata keçirilməsini asanlaşdırır. AÖS platformasına 19 banka əlavə olaraq Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi və milli poçt xidməti olan “Azərpoçt” da qoşulub. Hazırda sistemin əhatə dairəsinin genişləndirilməsi və istifadəçilər üçün rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.
Bildirilib ki, digər yeniliklər arasında “tap to/on phone” (smartfonların POS-terminal kimi istifadə olunmasına imkan verən texnologiya) texnologiyasının tətbiqi və Elektron Bilik İdarəetmə Sisteminin yaradılması da yer alır. Bu sistemlər məlumatlara çıxışı asanlaşdırır və məsafədən identifikasiyanı təmin edir. Sözügedən təşəbbüslər açıq maliyyə üzrə hüquqi bazanın və standartların hazırlanması ilə dəstəklənir.
"Bank hesablarına çıxış məsələsi isə 2021-ci ildə həyata keçirilmiş “əsas bank xidmətləri” layihəsi vasitəsilə həll olunub. Bu layihə çərçivəsində cari hesabın açılması, ödəniş kartının verilməsi, elektron bankçılıq xidmətlərinə çıxış və nağdsız ödəniş əməliyyatları daxil olmaqla bir sıra bank xidmətləri pulsuz təqdim olunur. Nəticədə, təqribən 1,5 milyon maliyyə sistemindən kənarda qalmış şəxs bu sistemə cəlb olunub" - hesabatda əlavə edilib.
Oxşar xəbərlər
“Birbank” Ani Ödənişlər Sisteminə qoşulub
"Bank BTB" bu ilin III rübünü zərərlə bitirib - HESABAT
Mərkəzi Bank “Açıq bankçılıq” üzrə təsdiq olunan tələblərə dair açıqlama yayıb
Mərkəzi Bank “Açıq bankçılıq” yanaşmasının tətbiqini sürətləndirəcək
Kapital Bank 6 nominasiyada mükafatlandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
