IMF rəsmisi: Azərbaycanın dövlət borcu region ölkələri ilə müqayisədə aşağı səviyyədədir
"Digər Mərkəzi Asiya və Qafqaz (CCA) ölkələri ilə müqayisədə Azərbaycanın dövlət borcu aşağı səviyyədədir".
“APA-Economics” xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktor müavini Tanos Arvanitis deyib.
O qeyd edib ki, CCA ölkələri fiskal konsolidasiya yoluna qədəm qoyublar ki, bu da borc yükünün orta səviyyədə saxlanması baxımından mühümdür: “Doğrudan da, biz görürük ki, Qazaxıstan və Azərbaycanda borc yükü nisbətən aşağı səviyyədədir. Region ölkələrinin əksəriyyətində bu göstərici ÜDM-in 30-40%-i civarındadır. Ermənistanda bu göstərici bir qədər yüksəkdir. Ümumilikdə isə regionun fiskal mövqeyi idarəolunandır”.
Xarici sektora gəldikdə isə, BVF rəsmisi bildirib ki, son illərdə bu sahənin iqtisadi artımda çox güclü rol oynadığını müşahidə edilib: “2024-cü ildə də ixracın artması davam etdi, baxmayaraq ki, əksər ölkələrdə artım tempi əvvəlki illə müqayisədə bir qədər zəifləyib. Amma ümumilikdə, ixrac, pul köçürmələri və maliyyə axınları güclü olaraq qalır və iqtisadiyyatı dəstəkləməkdə davam edir. Bu tendensiyanı CCA ölkələrində də müşahidə edirik”.
Tanos Arvanitis əlavə edib ki, BVF 2024-cü ildən 2025-ci ilin ilk aylarına keçid zamanı artım impulsunun davam etdiyini görür. Bu isə il üçün möhkəm artım perspektivi yaradır. Lakin eyni zamanda, qlobal qeyri-müəyyənliyin artması müşahidə edilir: “Bu, ilin əvvəlində daha da hiss olunmağa başlayıb və əsas iqtisadiyyatlarda ticarət gərginliklərinin başlaması ilə əlaqədardır. Bu isə artım impulsuna qarşı mənfi təsir yaradır. Beləliklə, bir tərəfdən 2024-cü ildən gələn müsbət impuls, digər tərəfdən isə qlobal qeyri-müəyyənlikdən irəli gələn çətinliklər 2025-ci il üçün həm iqtisadi perspektivləri, həm də siyasət prioritetlərini nəzərdən keçirmək üçün əsas yaradır”.
Oxşar xəbərlər
“Fitch Ratings” Azərbaycanın dövlət borcu ilə bağlı proqnozunu açıqlayıb
"Fitch": Azərbaycanın dövlət borcu investisiya dərəcəli suverenlər arasında ən aşağıdır
Azərbaycanın xarici borcunun strukturu açıqlanıb
IMF ABŞ rüsumlarının Azərbaycan və region ölkələrinə təsirlərini açıqlayıb
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
