“Fitch Ratings” Azərbaycanın dövlət borcu ilə bağlı proqnozunu açıqlayıb
Azərbaycanın dövlət borcu 22,7%-ə qədər artırılacaq.
“APA-Economics” xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyinin ölkə üzrə reytinq qiymətləndirməsində bildirib.
“ 2023-cü ildə əvvəllər daxili zəmanət verilmiş borcun tanınması səbəbindən dövlət borcunun 10 bənd artaraq ÜDM-in 21,8%-nə çatmasından sonra 2026-cı ilə qədər dövlət borcunun cüzi şəkildə ÜDM-in 22,7%-nə qədər artacağını proqnozlaşdırırıq ki, bu da Fitch-in investisiya səviyyəli suverenləri arasında ən aşağı göstəricilərdən biridir”- reytinq agentliyi qeyd edib.
“Fitch” əlavə edib ki, son illərdə xarici borc mütləq şəkildə azalıb, valyuta tərkibi yaxşılaşıb və xarici borcun təxminən üçdə ikisi rəsmi kreditorların payına düşür. Xarici hökumət zəmanətləri və borclanma 2022-ci ildəki 6,4 milyard ABŞ dollarından 2023-cü ildə 6 milyard ABŞ dollarına kimi (ÜDM-in 8,2%-i) azalıb, bunun böyük hissəsi gəlirli və suveren dəstəyi tələb etməyəcək Cənub Qaz Dəhlizi layihəsi ilə bağlıdır.
Oxşar xəbərlər
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini “BBB-” səviyyəsinə yüksəldib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fitch: Azərbaycanın strateji valyuta ehtiyatları bu il 74 mlrd. dollara çatacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Fitch” Azərbaycanın qeyri-neft büdcə kəsirinin azaldılması planlarını təxirə salmasının səbəbini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 24% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












