Azərbaycanın xarici borcunun strukturu açıqlanıb
1 iyul 2024-cü il tarixi vəziyyətinə xarici dövlət borcu 5.361,3 milyon ABŞ dolları və ya 2024- cü il üzrə 121.342,5 milyon manat (71.377,9 milyon ABŞ dolları) məbləğində proqnozlaşdırılan ÜDM-in 7,5 faizini təşkil edib.
Bu barədə “APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, 2024-cü ilin 1 iyul tarixinə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1.099,9 milyon ABŞ dolları və ya 17 faiz azalmışdır. Bunun da əsas səbəbi imzalanmış kredit sazişləri çərçivəsində 2024- cü ilin ilk altı ayı ərzində xarici dövlət borcu üzrə vaxtı çatmış əsas borc ödənişlərinin, o cümlədən beynəlxalq maliyyə bazarlarında 2014-cü ildə yerləşdirilmiş istiqrazlar (avrobond) üzrə 900,0 milyon ABŞ dolları məbləğində ödənişlərin həyata keçirilməsi olub. 2024-cü ilin 1 iyul tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti ilin əvvəli ilə müqayisədə 1,4 faiz bəndi azalıb.
Bildirilib ki, 1 iyul 2024-cü il tarixinə xarici dövlət borcunun valyuta tərkibi ABŞ dolları – 86,8 faiz, avro – 6,0 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,6 faiz, yapon yeni – 3 faiz, digər valyutalar – 0,6 faiz olub.
2024-cü ilin 1 iyul tarixinə xarici dövlət borc portfelinin 35,0%-i Asiya İnkişaf Bankının, 25,9%-i avrobondların, 16,7%-i Dünya Bankının, 22,4%-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.
2024-cü ilin 1 iyul tarixinə xarici dövlət borcu üzrə ümumilikdə 1.141,4 milyon ABŞ dolları məbləğində əsas borc (o cümlədən 900,0 milyon ABŞ dolları məbləğində avrobondlar), 147,2 milyon ABŞ dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilmişdir. Əsas borc ödənişlərinin 641,4 milyon ABŞ dolları məbləğində hissəsi (1.090,3 milyon manat ekvivalentində) daxili bazarda dövlət istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına yenidən maliyyələşdirilib.
Oxşar xəbərlər
Azərbaycanın daxili dövlət borcu 705,5 mln. manat artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu ilin sonuna Azərbaycanın dövlət borcu proqnozu açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət büdcəsinin profisiti 3 dəfəyə yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn il dövlət borcuna 2.5 milyard manatdan çox vəsait yönəldiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Neft qiymətlərinin ARDNF-nun gəlirlərinə təsiri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












