Bank Melli İranın Bakı filialı fəaliyyətini tam bərpa edib - EKSKLÜZİV
sizinxeber.az xəbər saytı

Bank Melli İranın Bakı filialı fəaliyyətini tam bərpa edib - EKSKLÜZİV


Bank Melli İranın Bakı filialı fəaliyyətini tam bərpa edib.

Bu barədə “APA-Economics”ə filialdan məlumat verilib. Məlumata görə, bankın Bakı filialı aprelin 29-dan fəaliyyətini bərpa edib. Filial artıq kredit verilişi və depozitlərin qəbuluna başlayıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin may ayında Filialda yoxlamalara başlayıb. Həmin müddətdən valyuta əməliyyatları istisna olmaqla, digər əməliyyatlar məhdudlaşdırılmışdı. AMB sədri Taleh Kazımov bununla bağlı açıqlamasında bildirmişdi ki, filialda bəzi nöqsanlar aşkarlanıb və bəzi xidmətlərə məhdudiyyət tətbiq edilib: "Bank normativ tələblərə cavab verir, maliyyə sektoru üçün risk yaratmır. Aşkar edilən bəzi nöqsanlar aradan qaldırıldıqdan sonra fəaliyyətini davam etdirə biləcək".

Oxşar xəbərlər

AMB: İran Milli Bankının Bakı filialında nöqsanların aradan qaldırılması davam edir
“Bank Melli İran”ın Bakı Filialının mənfəəti 39%-ə yaxın azalıb
“Bank Melli İran”ın Bakı Filialı ötən il kiçilib - Hesabat
Kapital Bank-ın baş ofisi yeni ünvana köçüb - FOTO
Mərkəzi Bank iqtisadi artım proqnozunu açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər