Hesablama Palatasının saxlanması üçün 2025-ci ildə ayrılacaq vəsaitlərin istiqamətləri açıqlanıb
Gələn il Hesablama Palatasının saxlanmasına 11,5 milyon manat vəsaitin ayrılacağı planlaşdırılır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Onun sözlərinə görə, bu vəsaitin 57 %-i 56 nəzarət tədbirinin keçirilməsi üçündür: "19 %-i 6 yarımillik və 1 illik hesabatın hazırlanması, 8 %-i isə 4 dəfə çap ediləcək dövlət auditi jurnalına, 1 hesabat, 1 məlumatın və 8 xülasənin hazırlanması, daha 7 %-i isə beynəlxalq imicimizin gücləndirilməsi, o cümlədən 2 beynəlxalq layihənin həyata keçirilməsi, 14 işçi qrupunda iştirakımızın və beynəlxalq sertifikatlı əməkdaşlarımızın 20 % artırılması məqsədi ilə, digər 7 %-i isə növbəti illərə rəqəmsal transformasiya və İT auditi üzrə bir sıra fəaliytətlər üçün nəzərdə tutulub".
V. Gülməmmədov qeyd edib ki, bu xərclər hesabına Hesablama Palatasının 197 əməkdaşına əməkhaqqı hesablanır: "Növbəti ildə ölkə başçısı tərəfindən müəyyən edilən “Yaşıl dünya naminə həmrəylik ili”n tələbləri nəzərə alınaraq mətbuat və dəftərxana xərcləri 20 %, alınacaq ləvazimatların sayı 30 %, yanacaq və sürtkü xərcləri isə 5 % azaldılıb".
Oxşar xəbərlər
Parlament Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda gələn il dövlət investisiyası hesabına 169 yeni layihə maliyyələşdiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 başa çatdıqdan sonra Hesablama Palatası tərəfindən auditor rəyinin hazırlanması nəzərdə tutulur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası: Büdcə xərclərinin strukturunda dəyişikliklər gözlənilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan İcra Hakimiyyətində beş milyon manatlıq mənimsəmə aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












