AMB: Bakı üzrə aylıq kirayə haqqı 927 manat təşkil edir
sizinxeber.az xəbər saytı

AMB: Bakı üzrə aylıq kirayə haqqı 927 manat təşkil edir


Bakı şəhərində median aylıq kirayə haqqı 927 manatdır

Bakı şəhərində təklif edilən median aylıq kirayə haqqı 927 manat təşkil edir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatında” bildirilib.

Sənədə əsasən, bu göstərici daşınmaz əmlakın kapitalizasiya müddətinin 19,5 il olmasına səbəb olur.

Hesabatda həmçinin bildirilir ki, Bakı şəhəri üzrə orta mənzil qiymətlərinin orta aylıq nominal əmək haqqına nisbəti 189 ay və ya 15,7 il təşkil edir.

AMB qeyd edir ki, 2023-cü ilin sonu ilə müqayisədə Azərbaycanda mənzil qiymətləri artsa da, bu artım bəzi bençmark ölkələrlə müqayisədə daha aşağı tempdə qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə mənzil bazarında qiymətlər ötən ilin sonu ilə müqayisədə 9,9 % artıb. Bu artım Qazaxıstan və Özbəkistanla müqayisədə daha yüksək, Türkiyə, Gürcüstan və digər ölkələrlə müqayisədə isə daha aşağı olub.

Oxşar xəbərlər

Bakıda mənzillər 11 %-dən çox bahalaşıb
Naxçıvanda orta aylıq əmək haqqı 17 % artıb
Bakıda orta aylıq əməkhaqqı 8 % artıb
İmişlidə muzdlu işçilərin orta aylıq əmək haqqı artıb
Azərbaycanın İKT sektorunda orta aylıq əməkhaqqı 12 %-ə yaxın artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər