AMB hüquqi şəxslərin depozitlərinin azalmasının əsas səbəbini açıqlayıb
sizinxeber.az xəbər saytı

AMB hüquqi şəxslərin depozitlərinin azalmasının əsas səbəbini açıqlayıb


2024-cü ilin birinci yarımilinin nəticələrinə əsasən depozitlərin dollarlaşmasında nəzərəçarpacaq dəyişiklik olmayıb. Belə ki, ötən ilin sonu ilə müqayisədə cəmi depozit portfelinin dollarlaşma səviyyəsi 38.7%, fiziki şəxslərin depozitlərində bu göstərici 34.4%, hüquqi şəxslərin depozitlərinin dollarlaşma səviyyəsi isə 41.5% təşkil edib.

Sizinxeber.az-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.

Qeyd edilib ki, sektorun əsas maliyyələşmə mənbəyi olan hüquqi şəxslərin depozitlərində azalma qeydə alınsa da, fiziki şəxslərin depozitlərində yüksək artım müşahidə edilib. Belə ki, cari ilin I yarımili ərzində hüquqi şəxslərin depozitləri 3% (663 mln. manat) azalaraq 21.3 mlrd. manat, fiziki şəxslərin depozitləri isə 10.3% (1.3 mlrd. manat) artaraq 13.9 mlrd. manat təşkil edib. Nəticədə 2024-cü ilin I yarımilinin sonuna olan göstəricilərə əsasən hüquqi şəxslərin depozitlərinin öhdəliklərdə payı 2.7 faiz bəndi azalaraq 48.3%, fiziki şəxslərin depozitlərinin öhdəliklərdə payı isə 2.3 faiz bəndi artaraq 31.5% olub.

Bildirilib ki, fiziki şəxslər üzrə depozitlərin artımının əsas hissəsi (67%-i) müddətli depozitlərin artımı hesabına baş verib. Hüquqi şəxslərin depozitlərinin azalmasının əsas səbəbi iri neft-qaz şirkətlərinin biznes əməliyyatları olub.

Oxşar xəbərlər

Azərbaycanda əmanət və depozitlərin dollarlaşma səviyyəsi azalıb
Azərbaycanda bank sektorunun aktivləri 2,4% artıb
Ötən ay 800 mln. manatdan çox depozit banklardan geri çəkilib
İctimai iaşə dövriyyəsi 9% artıb
1000-ə yaxın xarici investisiyalı müəssisə dövlət qeydiyyatından keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər