Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 12 dəfəyə yaxın artıb
Bu ilin I rübündə Naxçıvan Muxtar Resoublikasında dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 149,7 min manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 dəfə çoxdur.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunu yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.
Onun sözlərinə görə, yanvar-mart aylarında dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 84 yeni müqavilə bağlanıb, 62 icarə müqaviləsinin müddəti uzadılıb.
"Ötən ilin eyni dövrünə nisbətən yeni icarə müqavilələrinin sayı 2,1 dəfə, müddəti uzadılmış müqavilələrin sayı 1,9 dəfə artıb", - deyə nazir əvəzi qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, rüb ərzində Naxçıvanda 2 219 daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Bu isə illik müqayisədə 8,1 % çoxdur.
Oxşar xəbərlər
Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 48 % artıb
Azərbaycanda dövlət əmlakları ilə bağlı icarə müqavilərinin sayı 21 % artıb
Azərbaycanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 8 % azalıb
Naxçıvanda 9 ayda sahibkarlara 76 lisenziya verilib
Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı bu il 2 dəfəyə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
