Naxçıvanda 9 ayda sahibkarlara 76 lisenziya verilib
sizinxeber.az xəbər saytı

Naxçıvanda 9 ayda sahibkarlara 76 lisenziya verilib


Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında sahibkarlara 76 lisenziya verilib.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunu yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.

Onun sözlərinə görə, həmin lisenziyaların hesabına dövlət büdcəsinə 43,6 min manat vəsait ödənilib.

Bundan başqa, 9 ay ərzində muxtar respublikanın müvafiq qurumlarının verdiyi 3 307 icazə reyestrdə qeydiyyata alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış icazələr 11,8 dəfə, verilmiş icazələrdən büdcəyə daxilolmalar isə 2,1 dəfə artıb.

Oxşar xəbərlər

Naxçıvanda 7 ayda kommersiya qurumlarının 64 %-i elektron müraciətlə uçota alınıb
Naxçıvanda yeni qeydiyyata alınan vergi ödəyicilərinin sayı 23 %-ə yaxın artıb
Naxçıvanda vergi daxilolmaları 32 % artıb
Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 48 % artıb
Naxçıvanda vergi daxilolmaları 29 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle