Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı bu il 2 dəfəyə yaxın artıb
sizinxeber.az xəbər saytı

Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı bu il 2 dəfəyə yaxın artıb


Bu il dekabrın 1-nə Naxçıvan Muxtar Respublikasının qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı ilin əvvəli ilə müqayisədə 1,8 dəfə artaraq 11 363-ə çatıb.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.

Onun sözlərinə görə, ötən ilin əvvəlinə nisbətən isə artım 3,7 dəfə olub.

"Naxçıvanda əmək münasibətlərinin şəffaflaşdırılması və əməkhaqqının ağardılması istiqamətində əməli tədbirlər davam etdirilib, əməkhaqqının nağdsız qaydada ödənilməsi genişləndirilib", - deyə nazir əvəzi qeyd edib.

Oxşar xəbərlər

Naxçıvanda qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayı bu il 2 dəfəyə yaxın artıb
Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı 3 dəfədən çox artıb
Naxçıvanda özəl sektordakı əmək müqavilələrinin sayı bu il 73 % artıb
Naxçıvanda 11 ayda vergi proqnozuna 128 % əməl olunub
Naxçıvanda mənşə sertifikatı verilməsi 24 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle