Bəhruz Bəhramov: Neft Fondunun Afrikaya yatırımları 400 milyon dollar civarındadır
“Hazırda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Afrikaya olan sərmayələrini həcmi təxminən 400 milyon dollar təşkil edir və əsasən sabit gəlirli alətlərə və IFC fondlarına yönəlib”.
“APA-Economics” xəbər verir ki, bunu “Cibuti Forum 2025”-də panel müzakirələri zamanı ARDNF-in icraçı direktorunun müavini Bəhruz Bəhramov deyib.
O bildirib ki, Fondun kapital bazarlarına ilk sərmayəsi Afrika və Latın Amerikasına yönəlmiş IFC vasitəsilə olub və əsasən maliyyə və kommunikasiya sektorlarını əhatə edirdi. Alternativ investisiyalara — xüsusilə kapital və daşınmaz əmlaka investisiyalara başladıqdan sonra ARDNF Yaxın Şərq, Çin və indi də Afrika kimi digər coğrafiyaları nəzərdən keçirməyə başlayıb.
“Afrika artıq gələcəyin potensialı deyil, bugünkü fürsətdir. Uzunmüddətli investor kimi, biz sabit və uzunmüddətli kapital təqdim etməyə ən uyğun tərəfik. Bu səbəbdən hesab edirik ki, bu regionda daha çox sərmayə yatırmaq zamanıdır”- Bəhruz Bəhramov əlavə edib.
Qeyd edək ki, “Cibuti Forum 2025” Cibutinin Suveren Sərvət Fondu tərəfindən(Fonds Souverain de Djibouti) təşkil edilib. Tədbir inkişaf etməkdə olan bazarlara investisiyaları sürətləndirmək üçün qlobal platformadır. Forumda Cibutinin, eləcə də Afrika qitəsinin potensialı və perspektivləri nümayiş etdirilir.
Oxşar xəbərlər
ARDNF: Neft Fondu qızıl alışını davam etdirəcək - Açıqlama
ARDNF-nin ən çox yatırım etdiyi İT nəhəngləri: “Apple" və “NVIDIA”ya yatırımlar 1,2 mlrd. dollara çatıb - EKSKLÜZİV
Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: “Apple" və “NVIDIA”ya yatırımlar kəskin artıb
ARDNF indiyə kimi daşınmaz əmlaka investisiyalardan 1 mlrd. dollar gəlir əldə edib
"APA-Economics"in əməkdaşı Neft Fondunun təşkil etdiyi müsabiqənin qaliblərindən olub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
