Dövlət Sosial Müdafiə Fondu bank xidmətlərinə 48 mln. manat xərcləyib
sizinxeber.az xəbər saytı

Dövlət Sosial Müdafiə Fondu bank xidmətlərinə 48 mln. manat xərcləyib


"Dövlət Sosial Müdafiə Fondu" (DSMF) pensiya, sosial ödənişlər və əməkhaqqı kartları ilə bağlı xidmətlərə 48 milyon manata yaxın vəsait xərcləyib.

Sizinxeber.az-Economics” xəbər verir ki, DSMF bununla bağlı tender keçirib.

Pensiya və əmək haqqı kartları üzrə xidmətlərlə bağlı tenderin qalibi “Azərbaycan Beynəlxalq Bankı”na (ABB) 22,98 milyon manat ödəniş edilib.

ABB bir il ərzində pensiya kartları üzrə 4 milyard 488 milyon 236 min 440 və əmək haqqı kartları üzrə 108 milyon 69 min 570 əməliyyat icra edəcək.

Sosial ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə göstəriləcək bank xidmətləri üzrə tenderin qalibi isə “Kapital Bank” seçilib. DSMF 4 milyard 912 milyon 33 min 560 əməliyyat üzrə banka 24,56 milyon manat ödəniş edib.

Oxşar xəbərlər

DSMF: Ötən ay sosial yardımlar üçün əhaliyə 744 milyon manat ödənilib
DSMF: Ötən ay sosial yardımlar üzrə əhaliyə 734,3 milyon manatdan çox vəsait ödənilib
Sosial ödənişlər üçün 1 milyard 456 milyon manat ödənilib
DSMF-nin aparatının və yerli bölmələrinin saxlanılması xərcləri artırılır
Dövlət Sosial Müdafiə Fondu I yarımildə 275 milyon manat investisiya qoyub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər