Dövlət Sosial Müdafiə Fondu I yarımildə 275 milyon manat investisiya qoyub
sizinxeber.az xəbər saytı

Dövlət Sosial Müdafiə Fondu I yarımildə 275 milyon manat investisiya qoyub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) Prezident İlham Əliyevin 17 aprel 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası”na əsasən 2023-cü ilin I yarısından başladığı fəaliyyəti 2024-cü ildə də davam etdirib.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, ötən ilin I yarısında 30 milyon manat banklarda açılmış depozit hesablarına, 402,7 milyon manat dövlət zəmanətli istiqrazlara, 167 milyon manat isə müvafiq qiymətli kağızlar üzrə əks-repo əməliyyatlarına yönəldilməklə ümumilikdə 599,7 milyon manat vəsait investisiya edilib. Ümumilikdə ilin sonuna banklarda açılmış depozit hesablarına 52,5 milyon manat, dövlət zəmanətli istiqrazlara 997,5 milyon manat, banklarda həyata keçirilən əks-repo əməliyyatlarına isə 1 milyard 465,3 milyon manat vəsait investisiya olunub. Ötən il investisiya fəaliyyəti üzrə 5,9 milyon manat gəlir əldə edilib, bunun da 252,8 min manatı komissiya və xidmət haqqı kimi ödənilib.

Bu ilin I yarısında isə DSMF investisiya fəaliyyətinə əlavə 275,3 milyon manat vəsait yönəldib. O cümlədən Fondun bank depozitlərində 22,5 milyon manat, dövlət zəmanətli istiqrazlarda 252,3 milyon manat, əks-repo əməliyyatlarında isə 0,5 milyon manat vəsaiti olub. Son nəticədə qurum bank depozitləri üzrə 2,6 milyon manat, dövlət zəmanətli istiqrazlar üzrə 31,3 milyon manat, əks-repo əməliyyatları üzrə 0,5 milyon manat, ümumilikdə 34,3 milyon manat investisiya gəliri əldə edib (bunun 158,1 min manatını komissiya və xidmət haqqı kimi ödəyib. İlin sonuna investisiya gəlirinin 47,5 milyon manat olacağı gözlənilir.

Oxşar xəbərlər

Azərbaycanda gələn il orta aylıq pensiyanın 536 manat olacağı gözlənilir
Hesablama Palatası: Qeyri-büdcə sektorundan DSMF-yə daxilolmalarla bağlı əlavə potensial var
Prezident DSMF və İSF-nin gələnilki büdcələrini təsdiqləyib
Dövlət Sosial Müdafiə Fondunun mənfəəti 46 % artıb
Azərbaycanın investisiya şirkətlərinin aktivləri 200 milyon manatı keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər