Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur
sizinxeber.az xəbər saytı

Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur


Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur.

"Report" xəbər verir ki, mayın 19-u İstiqlaliyyət müharibəsinin (Qurtuluş savaşı) başlanğıcından 107 il ötür.

İstiqlaliyyət müharibəsi Birinci Dünya müharibəsindən məğlub olaraq çıxan Osmanlı dövlətinin Antanta qüvvələri tərəfindən işğalı nəticəsində "Misak-i Milli", yəni Mustafa Kamal (1934-cü ildən Atatürk) və silahdaşları tərəfindən qəbul edilən Türkiyə sərhədləri daxilində ölkənin bütövlüyü üçün Samsun şəhərində başladılan çoxcəbhəli siyasi və hərbi mübarizədir. Mustafa Kamal Atatürk Türkiyənin Qurtuluş savaşının başladığı bu tarixin önəminə diqqət çəkərək deyib: "Mən mayın 19-da doğulmuşam".

Mayın 19-u əvvəlcə 1935-ci ildə Atatürk Günü adı altında rəsmiyyət qazanıb. 1938-ci ildə ölümündən bir neçə ay öncə Mustafa Kamal Atatürk bu bayramı gəncliyə ərməğan edib və mayın 19-u Gənclik və İdman Bayramı olaraq qeyd edilməyə başlayıb. 1980-ci il sentyabrın 12-də baş tutan hərbi çevrilişdən 1 il sonra bayram "Atatürkü Anma, Gənclik və İdman Bayramı" adını alıb.

Xatırladaq ki, Atatürkü Anma, Gənclik və İdman Bayramı, Türkiyədən başqa, Şimali Kipr Türk Respublikasında da qeyd edilir.

Oxşar xəbərlər

Türkiyənin Zəfər Bayramı günüdür
Türkiyənin Zəfər bayramı münasibətilə Bakıda "Türk şəhidliyi" abidəsi ziyarət olunub
Türkiyəli şəhid övladları: Ulu öndərlərimiz Mustafa Kamal Atatürk və Heydər Əliyevin yolu ilə gedirik
AK Partiyasının sözçüsü Ömer Çelik: "Qazi Mustafa Kamal Atatürk ölkəmizin qurucu lideri və ortaq dəyəridir"
Azərbaycanın ABŞ-dəki səfirliyində Atatürk anılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər