DSMF-nin aparatının və yerli bölmələrinin saxlanılması xərcləri artırılır
sizinxeber.az xəbər saytı

DSMF-nin aparatının və yerli bölmələrinin saxlanılması xərcləri artırılır


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) aparatının və yerli bölmələrinin saxlanılması xərcləri 5 milyon manat artırılır.

"Report"un xəbərinə görə, bu, “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişikliklə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, sözügedən xərclər 3,8 % artırılaraq 130,1 milyon manatdan 135,1 milyon manata çatdırılır.

Xatırladaq ki, eyni qanun layihəsi ilə DSMF-nin büdcəsi 0,4 % artırılaraq 6 milyard 919,9 milyon manatdan 6 milyard 949,9 milyon manata, əmək pensiyalarının ödənilməsi xərcləri isə 0,4 % artılaraq 6 milyard 500 milyon manatdan 6 milyard 525 milyon manata çatdırılır.

Oxşar xəbərlər

Əmək pensiyaları ilə bağlı yeni xəbər! [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda işsizlikdən sığorta daxilolmaları üzrə proqnoz artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputat DSMF-nin idarəetmə xərclərinin artırılmasının əleyhinə çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident DSMF və İSF-nin gələnilki büdcələrini təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pensiya və maaşlar artırılır - Büdcə layihəsi [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər