Tramp İranla razılığa gəlmək üçün "yaxşı şans"ın olduğunu bildirib
sizinxeber.az xəbər saytı

Tramp İranla razılığa gəlmək üçün "yaxşı şans"ın olduğunu bildirib


ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun silahlı qarşıdurmaya son qoyulması ilə bağlı Tehranla razılaşmalar bağlamaq üçün real perspektivlərinin olduğuna əminliyini ifadə edib.

"Report" xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Onlar hazırda bizim nümayəndələrimizlə və İranla birbaşa əlaqə saxlayırlar", - Tramp Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və bir sıra digər dövlətlərdən olan vasitəçiləri nəzərdə tutaraq deyib.

Onun sözlərinə görə, nəticə əldə etmək ehtimalı "olduqca yüksək" görünür.

"Əgər biz İranı tamamilə məhv etmədən buna (Tehranın nüvə silahı əldə etməsinə yol verilməməsinə - red.) nail ola bilsək, mən çox şad olaram", - Tramp qeyd edib.

Daha əvvəl ABŞ Prezidenti İrana mayın 19-da zərbə endirmə planlarından imtina etdiyini bildirib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Oxşar xəbərlər

Tramp İranla razılığa gəlmək istəyini bəyan edib
Tramp ABŞ-nin İranla sazişin şərtlərindən məmnun olmadığını bildirib
Tramp İrana sabah zərbə endirilməsi planlarından imtina edib
Tramp İranla nüvə razılaşmasına nail olunacağına ümid edir
Tramp: Lazım olsa, İrana qarşı hərbi güc tətbiq etməyə hazırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər