Hakan Fidan: Prioritetimiz İranla ABŞ arasında atəşkəsin qorunmasıdır
Bizim prioritetimiz İranla ABŞ arasında atəşkəsin qorunmasıdır.
Sizinxeber.az-nın Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan almaniyalı həmkarı Yohann Vadefulla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatların yenidən başlaması qlobal miqyasda çox ciddi nəticələrə səbəb olacaq.
“İnanmaq istəyirik ki, həm İran, həm də ABŞ bundan xəbərdardır və davamlı sülhün zəruriliyini görürlər”, - Türkiyə XİN rəhbəri deyib.
Onun sözlərinə görə, danışıqlarda əsas hədəf İranın nüvə silahı istehsal edə biləcək dərəcədə uranı zənginləşdirməməsidir. Belə ki, İranla bağlı irəli sürülən təkliflər arasında zənginləşdirilmiş uranın ya ölkə xaricinə çıxarılması, ya da 3,5 faiz səviyyəsinə qədər azaldılması yer alır.
Hakan Fidan həmçinin nüvə obyektlərinə edilən hücumlardan sonra zənginləşdirilmiş uranın dağıntılar altında qaldığını və böyük tunellərin çökməsi səbəbindən əlçatmaz olduğunu qeyd edib.
O əlavə edib ki, bu materiallar nəzarət altında saxlanılır və hazırda birbaşa təhlükə yaratmır.
Oxşar xəbərlər
Hakan Fidan: İranla İsrail arasında mümkün müharibə yüksək ehtimal olaraq dəyərləndirilməlidir
Hakan Fidan: İranla İsrail arasında yeni müharibə ehtimalı həmişə mövcuddur
Hakan Fidan: PKK/YPG Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır
Hakan Fidan Araqçi ilə görüşüb
Hakan Fidan belçikalı həmkarı Hadija Labiblə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Daha bir itkin-şəhid dəfn ediləcək
