Azərbaycanda əmanət və depozitlərin dollarlaşma səviyyəsi azalıb
2024-cü ilin I yarısında xarici valyutada əmanət və depozitlərin həcmi 9.9 mlrd. manat ekvivalentində olub və onun cəmi əmanət və depozitlərdə xüsusi çəkisi 33.7% təşkil edib.
“Sizinxeber.az-Economics” Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir ki, xarici valyutada olan depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.1 faiz bəndi azalıb.
Qeyd edək ki, hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı dövrün sonuna 42.6% təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz bəndi aşağıdır. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsində də azalma müşahidə olunmuş və ötən ilin I yarısına nisbətən 2.7 faiz bəndi azalaraq 33.9% təşkil edib. Dövr ərzində qeyri-rezident fiziki şəxslərin əmanətləri çıxılmaqla ev təsərrüfatlarının əmanətlərinin dollarlaşması 2 faiz bəndi azalaraq dövrün sonuna 30.3%-ə enib.
Oxşar xəbərlər
Azərbaycanda bank sektorunun aktivləri 2,4% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il 205 xarici investisiyalı müəssisə dövlət qeydiyyatından keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bank kartlarının sayı 19 milyona çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda şirkətlərin 36%-i qeyri-aktivdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycana turist gəlişi 34% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












