ING: Azərbaycan Mərkəzi Bankı mart ayında uçot dərəcəsini artıracaq
sizinxeber.az xəbər saytı

ING: Azərbaycan Mərkəzi Bankı mart ayında uçot dərəcəsini artıracaq


Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycan Mərkəzi Bankının (AMB) mart ayında uçot dərəcəsini artıracağını proqnozlaşdırıb.

Sizinxeber.az-Economics” xəbər verir ki, “ING Group” Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi üzrə proqnozunu bu ilin birinci rübündən 2026-cı ilin üçüncü rübünə kimi 7,25%-dən 7,50%-ə yüksəldib. Korporasiya 2026-cı ilin üçüncü rübü üzrə uçot dərəcəsi üzrə proqnozunu 7,50%-dən 7,75%-ə, dördüncü rübü üzrə isə 7,75%-dən 8,00%-ə yüksəldib.

Qeyd edək ki, AMB ötən ilin may ayından etibarən uçot dərəcəsini 7,25% səviyyəsində sabit saxlayır. Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu il martın 12-də açıqlayacaq.

Oxşar xəbərlər

ING Azərbaycan üzrə inflyasiya proqnozunu artırıb
ING Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
"Fitch Solutions" Azərbaycanın uçot dərəcəsi ilə bağlı uzunmüddətli proqnozunu açıqlayıb
ING Azərbaycan üçün inflyasiya proqnozunu yeniləyib
ING bu il üzrə Azərbaycanda iqtisadi artım proqnozunu yüksəldib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər