ING Azərbaycan üçün inflyasiya proqnozunu yeniləyib
Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) 2024-cü il üzrə Azərbaycan üçün inflyasiya proqnozunu yeniləyib.
"Sizinxeber.az-Economics" xəbər verir ki, "ING Group"u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiya proqnozunu 1,1%-dən 2,2%-ə kimi artırıb.
Bu isə korporasiyanın iyul proqnozu ilə müqayisədə 1,1% bəndi çoxdur. ING 2025-ci ildə inflyasiya proqnozunu 3,8 %-dən 4,7%-ə yüksəldib.
ING-nin proqnozlara əsasən, 2024-cü ilin üçüncü rübündə Azərbaycanda orta illik inflyasiya 3,2 %, dördüncü rübündə 4,5% səviyyəsində gözlənilir.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını proqnozlaşdırıb. Dövlət Statistika Komitəsi isə bu ilin yanvar-iyul ayları üzrə inflyasiyanın 2,7% olduğunu açıqlayıb.
Oxşar xəbərlər
ING Azərbaycan üzrə inflyasiya proqnozunu artırıb
ING Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
ING bu il üzrə Azərbaycanda iqtisadi artım proqnozunu yüksəldib
ING bu il üçün Azərbaycanda inflyasiyanın proqnozunu yeniləyib
Türkiyə Mərkəzi Bankı inflyasiya proqnozunu açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
