ING Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanın iqtisadi artım proqnozunu artırıb.
"Sizinxeber.az-Economics" xəbər verir ki, ING Azərbaycanda 2024-cü ildə ÜDM-in artımı üzrə proqnozunu 2,8%-dən 3,5%-ə yüksəldib, 2025-ci ildə isə 2,5%-dən 2,6%-ə kimi artırıb. Bu isə korporasiyanın əvvəlki proqnozundan müvafiq olaraq 0,7% və 0,1% bəndi çoxdur.
ING 2024-cü ilin üçüncü rübü üzrə ümumdaxili məhsulun (ÜDM) artım proqnozunu 2,0%-dən 3,0%-ə, ilin son rübü üzrə isə proqnozunu 1,5%-dən 2,5%-ə yüksəldib.
Qeyd edək ki, Dünya Bankı yenicə açıqladığı proqnozuna əsasən Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2,3 %, 2025-ci və 2026-cı illərdə isə 2,4 % səviyyəsində proqnozlaşdırır. Asiya İnkişaf Bankı 2024-cü ildə 1,2%, 2025-ci ildə isə Azərbaycanda 1,6% səviyyəsində iqtisadi artım gözləyir.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi bu il üzrə 3,2 %, 2025-ci il üzrə 2,7 %-ə, 2026-cı ildə isə 2,3 % iqtisadi artım olacağını gözləyir.
Oxşar xəbərlər
ING bu il üzrə Azərbaycanda iqtisadi artım proqnozunu yüksəldib
ING Azərbaycan üzrə inflyasiya proqnozunu artırıb
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
ING Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
