SOCAR-ın “yaşıl” istiqrazlarını Mobil Şöbə vasitəsilə sifariş edə bilərsiniz
sizinxeber.az xəbər saytı

SOCAR-ın “yaşıl” istiqrazlarını Mobil Şöbə vasitəsilə sifariş edə bilərsiniz


SOCAR-ın “yaşıl” istiqrazları “Bank Respublika”nın Mobil Şöbə tətbiqində!

Ölkəmizin aparıcı banklarından biri olan “Bank Respublika”, müştəriləri üçün daha bir investisiya imkanı yaradıb.

Belə ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 200 milyon ABŞ dolları həcmində buraxdığı yeni “yaşıl” təyinatlı istiqrazları artıq “Bank Respublika”nın Mobil Şöbə tətbiqi vasitəsilə eləcə də Bankın filiallarına müraciət edərək sifariş etmək mümkün olacaq.

“Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı ilə təqdim edilən bu istiqrazlar investorlara stabil və etibarlı gəlir imkanı qazandırmaqla yanaşı, ölkəmiz üçün əhəmiyyətli “yaşıl” enerji layihələrinin icrasına, bərpa olunan enerji mənbələrinin inkişafına təkan verəcək.

SOCAR-ın "yaşıl” istiqrazlarının əsas xüsusiyyətləri aşağıdakı kimidir:

  1. Nominal dəyəri - 1 000 ABŞ dolları;
  2. Tədavül müddəti – 5 il;
  3. İllik gəlirlilik – 6 %;
  4. Faiz ödənişi – rüblük.

Qeyd edək ki, “yaşıl” istiqrazları əldə etmək üçün son tarix 28 fevral 2025-ci ildir.

İnvestorlar bu tarixə qədər sifarişlərini yerləşdirərək SOCAR-ın “yaşıl” istiqrazlarını əldə edib investisiya imkanlarından faydalana bilərlər.

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Oxşar xəbərlər

SOCAR İstiqrazları sahiblərinin qazancı 14 milyon dolları ötüb
SOCAR "Yaşıl istiqraz"ların buraxılışına başlayır
SOCAR-ın “Yaşıl” istiqrazları ABB mobile tətbiqində!
SOCAR İstiqrazları üzrə 9-cu kupon ödənişi edilib
SOCAR İstiqrazı sahiblərinin qazancı 13 milyon dolları ötüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər