SİF-in güzəştli kreditlərinin 72 %-i regionların payına düşüb
2024-cü ildə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən güzəştli kredit ilə təmin edilmiş layihələrin 94,7 %-i, verilmiş güzəştli kredit məbləğinin isə 72 %-i və ya 178,632 milyon manatı regionların payına düşüb.
“Sizinxeber.az” bu barədə SİF-ə istinadən xəbər verir.
Məlumata görə, güzəştli kreditlər regionlarda sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasına və iqtisadi dinamikanın artmasına töhfə verir. 2024-cü ildə dövlətin güzəştli vəsaitlərinin əhəmiyyətli hissəsi regionların inkişafına xidmət edən layihələrə yönəldilib.
Bundan başqa, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dayanıqlığının və inkişafının təmin edilməsi üçün onların güzəştli maliyyə resurslarına çıxışı mühüm əhəmiyyət kəsb edir. Dövlətin bu sahədə tətbiq etdiyi dəstək mexanizmləri belə sahibkarlar üçün əlverişli maliyyələşmə imkanları yaradır və onların biznes fəaliyyətlərini genişləndirməsinə təkan verir. 2024-cü ildə Fond tərəfindən maliyyələşdirilən layihələrin 99,8 %-i, ayrılan güzəştli kredit məbləğinin isə 93,4 %-i məhz mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb.
Oxşar xəbərlər
Naxçıvanda ötən il sahibkarlar 4 milyon manatdan çox güzəştli kredit alıb
Azərbaycanda sahibkarlara güzəştli kredit verilməsi tam elektronlaşdırılacaq
Bu il SİF sahibkarlara 212 milyon manata yaxın güzəştli kredit verib
Azərbaycanda 7 ayda qadın və gənc sahibkarlara ayrılmış güzəştli kreditlərin məbləği açıqlanıb
Sahibkarlığın İnkişafı Fondunun maliyyələşdirdiyi sahibkarlıq subyektlərinin sayı 75 %-ə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












