Sahibkarlığın İnkişafı Fondunun maliyyələşdirdiyi sahibkarlıq subyektlərinin sayı 75 %-ə yaxın artıb
2024-cü ildə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən güzəştli kreditlə təmin edilən sahibkarlıq subyektlərinin sayı 5 722-yə çatıb.
“Sizinxeber.az” bu barədə SİF-ə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü illə müqayisədə 74,7 % çoxdur.
Hesabat dövründə verilmiş kredit məbləği isə 28 % artaraq 248,1 milyon manata çatıb.
Ötən il Fondun vəsaitinin səmərəli yerləşdirilməsi məqsədilə sənaye (o cümlədən, aqrar emal), kənd təsərrüfatı, logistika, anbar komplekslərinin yaradılması, turizm, balıqçılıq və akvakultura (o cümlədən, akvaponika), yaşıl layihələr, kütləvi informasiya vasitələrinin inkişafı, tibb, təhsil və xidmət layihələri prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Fond tərəfindən verilmiş ümumi güzəştli kredit məbləğinin 53,3 %-i kənd təsərrüfatı məhsullarının istehsalı, 38,1 %-i sənaye məhsullarının istehsalı və emalı (o cümlədən, aqrar emal), 6,1 %-i xidmət, 2,1 %-i turizm və 0,4 %-i isə balıqçılıq və akvakultura sahələrinə yönəldilib.
Oxşar xəbərlər
Naxçıvanda ötən il sahibkarlar 4 milyon manatdan çox güzəştli kredit alıb
SİF-in güzəştli kreditlərinin 72 %-i regionların payına düşüb
Sahibkarlığın İnkişafı Fondu maliyyələşdirməni 28 % artırıb
Azərbaycan sahibkarları dövlət zəmanəti ilə 550 milyon manata yaxın güzəştli kredit alıb
Bu il SİF sahibkarlara 212 milyon manata yaxın güzəştli kredit verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
