Ötən il avtomobillərin icbari sığortasının zərərliliyi 35%-dən çox artıb
2024-cü il ərzində Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 167 mln. 711 min manat təşkil edib.
“Sizinxeber.az-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.9% və ya 3 mln. 219 min manat azdır. Belə ki, 2023-cü ildə 170 mln. 930 min manat sığorta haqqı toplanılmışdı.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 129 mln. 997 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 32.8% və ya 32 mln. manat çoxdur. 2023-cü ildə bu sığorta növü üzrə ödənişlərin həcmi 97 mln. 909 min manat olub.
Sığorta yığımlarının azalması, ödənişlərin isə artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 35.3% artırıb. Belə ki, 2023-ci ildə sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 57.3 manatını ödənişə yönəltmişdirsə, ötən il bu rəqəm 77.5 manata yüksəlib.
Oxşar xəbərlər
Avtomobillərin icbari sığorta bazarı 4% böyüyüb
Azərbaycanda könüllü sığorta 12%, icbari sığorta isə 3% artıb
Ötən il həyatın yaşam sığortasına yatırımlar 100 mln. manata yaxın artıb
Azərbaycan sığorta bazarının həcmi 1 mlrd. manatı ötüb
Həyatın yaşam sığortasına yatırımlar 400 mln. manata yaxınlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
