
Həyatın yaşam sığortasına yatırımlar 400 mln. manata yaxınlaşıb

Həyatın yaşam sığortasına yatırımlar 400 mln. manata yaxınlaşıb
2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 378 milyon 119 min manata bərabər olub.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 18.3% və ya 58 milyon 556 min manat çoxdur. 2023-cü ilin yanvar-iyul aylarında həyat sığorta şirkətləri 319 milyon 563 min manat sığorta haqqı toplaya bilmişdi. Bu dövrdə yaşam sığortasının həyat sığortasında bazar payı 94.4% təşkil edib.
Cari ilin ilk 7 ayında həyatın yaşam sığortası üzrə ödənişlər isə 76.5% artaraq 291 milyon 983.9 min manata çatıb. Ötən ilin ilk 7 ayında bu sığorta növü üzrə ödənişlər 165 milyon 433 min manat təşkil edib.
Qeyd edək ki, həyatın yaşam sığortası yığımları adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər.