

Ötən il həyatın yaşam sığortasına yatırımlar 100 mln. manata yaxın artıb
2024-cü ildə Azərbaycanda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 599 milyon 197 min manata bərabər olub.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 18.7% və ya 94 milyon 204 min manat çoxdur. 2023-ci ildə həyat sığorta şirkətləri 504 milyon 993 min manat sığorta haqqı toplaya bilmişdi. Bu dövrdə yaşam sığortasının həyat sığortasında bazar payı 93.1%-ə yüksəlib. Belə ki, əvvəlki ildə bu göstərici 92.6% təşkil etmişdi.
Ötən il həyatın yaşam sığortası üzrə ödənişlər isə 62% artaraq 474 milyon 155 min manata çatıb. Əvvəlki ildə isə bu sığorta növü üzrə ödənişlər 292 milyon 552 min manat təşkil edib.
Qeyd edək ki, həyatın yaşam sığortası yığımları adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər.
Oxşar xəbərlər
Həyatın yaşam sığortasına yatırımlar 400 mln. manata yaxınlaşıb
Həyatın yaşam sığortasına yatırımlar 545 mln. manatı ötüb
Dövlət sektorunda çalışanların həyatın yaşam sığortasına qoşulması dayandırıla bilər
Dövlət sektorunda çalışanların həyatın yaşam sığortasına qoşulması dayandırıla bilər - Eksklüziv
Azərbaycanın sığorta bazarı 10%-ə yaxın böyüyüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
