Ötən il Azərbaycana xaricdən pul köçürmələri azalıb
sizinxeber.az xəbər saytı

Ötən il Azərbaycana xaricdən pul köçürmələri azalıb


2024-cü il ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 674.3 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 527.9 milyon manata bərabər olub.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, əvvəlki ilə nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 32.2% və ya 793.7 milyon manat, banklardan xaricə köçürmələr isə 14.4% və ya 88.5 milyon manat azalıb.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 2 milyard 468 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 616.4 milyon manat təşkil edib.

Oxşar xəbərlər

Azərbaycana xaricdən pul köçürmələri 1 mlrd. manatı ötüb
Bu il Azərbaycana xaricdən pul köçürmələri 3 mlrd. manatdan çox azalıb
Bu ilin I yarısında Azərbaycana xaricdən pul köçürmələri 31%-dən çox azalıb
Azərbaycana xaricdən pul köçürmələri 31%-dən çox azalıb
Ötən ay 800 mln. manatdan çox depozit banklardan geri çəkilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər