Ötən ay 800 mln. manatdan çox depozit banklardan geri çəkilib
2024-cü il avqust ayının 1-nə Azərbaycanda fiziki və hüquqi şəxslərin ümumi depozit portfeli (maliyyə institutları istisna olmaqla) 34 milyard 381.3 milyon manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstəricinin həcmi cari ilin iyul ayının 1-i ilə müqayisədə 2.3% və ya 803.7 milyon manat azalıb.
Qeyd edək ki, ötən ay fiziki şəxslərin depozitləri əvvəlki ayla müqayisədə 219.3 milyon manat azalaraq 13 milyard 661 milyon manat, hüquqi şəxslərin depozitləri isə 584.5 milyon manat azalaraq 20 milyon 720.3 milyon manat təşkil edib.
Xatırladaq ki, iyul ayında bank sektorunun cəmi aktivləri 50 milyard 328.1 milyon manatdan 1 milyard 238.8 milyon manat azalaraq 49 milyard 89.3 milyon manata enib.
Oxşar xəbərlər
Azərbaycanın bank sektorunun aktivləri 2 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın bank sektorunun aktivləri 50 milyard manatı keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bank sektorunun aktivləri 2,4% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət büdcəsinin profisiti 3 dəfəyə yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Azərbaycana xaricdən pul köçürmələri 3 mlrd. manatdan çox azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












