Bu ilin I yarısında Azərbaycana xaricdən pul köçürmələri 31%-dən çox azalıb
sizinxeber.az xəbər saytı

Bu ilin I yarısında Azərbaycana xaricdən pul köçürmələri 31%-dən çox azalıb


2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 893.1 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 259.3 milyon manata bərabər olub.

Sizinxeber.az-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-iyun aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 31.3% və ya 406.8 milyon manat, banklardan xaricə köçürmələr isə 19% və ya 61 milyon manat azalıb.

Qeyd edək ki, ötən ilin I yarısında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 1 milyard 299.9 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 320.3 milyon manat təşkil edib.

Oxşar xəbərlər

Bu il Azərbaycana xaricdən pul köçürmələri 3 mlrd. manatdan çox azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sosial ödənişlər üçün 1 milyard 456 milyon manat ödənilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bank kartlarının sayı 19 milyona çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn il dövlət borcuna 2.5 milyard manatdan çox vəsait yönəldiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gömrük Komitəsi dövlət büdcəsinə köçürmələrinin həcmini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər