"Findoc" portalının istifadəçilərinin sayı açıqlanıb
"Azərbaycan Kredit Bürosu" MMC-nin biznesdən müştəriyə (B2C) formatında hazırladığı rəqəmsal məhsulu - “Findoc” portalının istifadəçilərinin sayı 100 minə çatıb.
"Report" bu barədə Büroya istinadən xəbər verir.
Xatırladaq ki, qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış Portal vətəndaşlara, eləcə də, hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə istənilən vaxt öz kredit tarixçələrinə və skor hesabatlarına çıxış əldə etmək imkanı yaradan innovativ platformadır. Portaldan istifadə etməklə kredit tarixçəsi və onun mübahisələndirilməsi, skor hesabatı, gecikmə günləri ilə bağlı bildiriş, kredit hesabatının PDF formatında və "ASAN İmza" ilə imzalanmış formada əldə edilməsi, Büronun rəsmi e-poçt ünvanından digər e-mail ünvanına yönləndirilməsi xidmətlərindən istifadə etmək olar.
səhifəsinə daxil olmaqla qeydiyyatdan keçən şəxslər ildə iki dəfə ödənişsiz kredit və skor hesabatını əldə edə bilər.
Ödənişsiz sorğu limiti bitdikdən sonra göstərilən xidmətlərdən yararlanmaq üçün hər bir məhsul üzrə fərdi qaydada ödəniş və ya daha sərfəli olan abunəlik paketlərindən istifadə imkanı mövcuddur. Müvafiq ödənişlər Portal üzərindən və nağdsız qaydada həyata keçirilir.
Bununla yanaşı, qeydiyyatdan keçmiş istifadəçilərin kredit tarixçəsində gecikmə günlərinin yaranması ilə bağlı məlumatlandırma daim ödənişsiz olaraq həyata keçirilir.
Portal real-vaxt rejimində, 7/24 əsaslarla fəaliyyət göstərir.
Oxşar xəbərlər
Azərbaycanda kredit tarixçələrini əldə edən vətəndaşların sayı 130 minə yaxınlaşıb
Kredit tarixçələri onların razılığı olmadan bürolara veriləcək
Azərbaycanda “Kredit büroları haqqında” qanun dəyişib
Azərbaycanda yeni verilən "ASAN İmza" sertifikatlarının sayı 42 %-ə yaxın artıb
Azərbaycanda 3 kredit ittifaqının lisenziyası ləğv olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
-
Qurban Qurbanov: "Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
Azərbaycan və Türkiyə parlamentariləri şəhərsalma məsələlərini müzakirə ediblər
