Azərbaycanda kredit tarixçələrini əldə edən vətəndaşların sayı 130 minə yaxınlaşıb
Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemi ilə Elektron Xidmətlər Portalı üzərindən ödənişsiz şəkildə öz kredit tarixçələri barəsində məlumat əldə etmiş vətəndaşların sayı 129 min nəfər olub.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, vətəndaşlar tərəfindən əldə edilmiş kredit hesabatlarının sayı isə 450 mindən çox olub.
Vətəndaşlar real vaxt rejimində Elektron Xidmətlər Portalında müvafiq səhifəyə (http://accr-portal.e-cbar.az) “digital.login” vasitəsilə daxil olaraq ödənişsiz şəkildə öz kredit tarixçələrini nəzərdən keçirə bilərlər.
Xatırladaq ki, Mərkəzləşdirilmiş Kredit Reyestri 2005-ci ildə Mərkəzi Bankda yaradılıb. Reyestrdə ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumat toplanır.
Oxşar xəbərlər
“SİMA İmza” ilə “Azpulmat”da kreditini anında rəsmiləşdir!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
