AIMC Gədəbəydəki filiz tullantıları anbarının genişləndirilməsinin başa çatdırılacağı vaxt açıqlanıb
Böyük Britaniyanın qızıl mədən hasilatçısı “Anglo-Asian Mining”in törəmə şirkəti olan “Azerbaijan International Mining Company Limited” (AIMC) “Gədəbəy” yatağındakı mədən tullantılarının saxlanc anbarının genişləndirilməsinin birinci mərhələsini başa çatdıracaq.
"Report" xəbər verir ki, bu barədə AAM-ın məlumatında deyilir.
“AIMC avqustun 5-də Azərbaycan hökumətindən mövcud tullantı anbarının divarının qaldırılmasına icazə alıb. Divarın 2,5 metr qaldırılmasını nəzərdə tutan işlərin birinci mərhələsinin bu ilin noyabrında başa çatdırılacağı gözlənilir”, - məlumatda bildirilib.
Xəbər verildiyi kimi, 2-3 illik istehsal fəaliyyəti üçün kifayət qədər saxlama qabiliyyətini təmin etmək məqsədilə divar iki mərhələdə 7 metr yuxarı qaldırılacaq.
Qeyd edək ki, Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir. Hazırda ААМ Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malik olsa da, hələlik “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.
Oxşar xəbərlər
Söyüdlüdə tullantı anbarının genişləndirilməsi üçün hökumətdən icazə alınıb
“Anglo Asian Mining"in qızıl hasilatı 3 dəfədən çox azalıb
"Anglo-Asian Mining" bu il 2 mln. dollara yaxın zərər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
