Azərbaycan sahibkarları dövlət zəmanəti ilə 550 milyon manata yaxın güzəştli kredit alıb
İndiyə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 550 milyon manata yaxın kredit verilib, bunun 118,6 milyon manatı 2024-cü ilin payına düşüb.
"Sizinxeber.az" bu barədə Fonda istinadən xəbər verir.
Xatırladaq ki, ölkə Prezidentinin 29 noyabr 2017-ci il tarixli fərmanı ilə ölkədə ilk dəfə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiya verilməsinə başlanılıb. Kredit-zəmanət mexanizminin formalaşdırılması və inkişaf etdirilməsi Fondun qarşısında prioritet vəzifə kimi müəyyən edilib.
Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması və ödəniş yükünün azaldılması məqsədilə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Fond 2018-2024-cü illərdə sahibkarlıq kreditlərinə hesablanmış faizlərə görə 47,4 milyon manat subsidiya verib.
Zəmanət verilmiş kreditlər üzrə bankların müəyyən etdiyi orta illik faiz dərəcəsi 14,4 % olduğu halda, subsidiya hesabına bu göstərici 6,2 % olub.
Zəmanət verilmiş kreditlər əsasən turizm və ictimai iaşə, ticarət, tikinti və kənd təsərrüfatı, sənayə sektorlarına, eləcə də sənaye məhsullarının istehsalı və emalı, qida sənayesi məhsullarının, habelə maşın və avadanlığın istehsalına yönəldilib. Verilən kreditlər hesabına maliyyələşən biznes layihələri çərçivəsində 6,5 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulub.
Oxşar xəbərlər
Azərbaycan sahibkarları dövlət zəmanəti ilə 500 milyon manatdan artıq güzəştli kredit alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İKZF-nin zəmanəti ilə sahibkarlara verilən kreditlərin həcmi 550 mln. manata yaxınlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İpoteka və Kredit Zəmanət Fondu iqtisadçı-ekspertlərlə görüş keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il SİF sahibkarlara 212 milyon manata yaxın güzəştli kredit verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 9 ayda 168 milyon manata yaxın güzəştli kredit verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












