İpoteka və Kredit Zəmanət Fondu iqtisadçı-ekspertlərlə görüş keçirib
İpoteka və Kredit Zəmanət Fondu (Fond) bu gün Bakı KOB Evində iqtisadçı-ekspertlərlə görüş keçirib.
Sahibkarlığa dəstək alətlərinə həsr olunmuş tədbirdə Fondun Kredit zəmanət departamentinin direktoru Elşən Kərimov təqdimatla çıxış edib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə ölkədə ilk dəfə olaraq sahibkarların manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyanın verilməsinə başlanılıb.
İndiyədək müvəkkil banklar tərəfindən Fondun zəmanəti ilə sahibkarlara 511 mln. manata yaxın kredit verilib ki, bunun da 80 mln. manata yaxını cari ilin yanvar-oktyabr aylarının payına düşür.
Fondun zəmanəti və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələrdə 6 600 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2022-ci il tarixli 1832 nömrəli Fərmanı ilə Fondun sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb. Cari ildən etibarən daha iki yeni alətin - sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb. Yeni alətlərin tətbiqi qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılmasına imkan verəcək.
Görüşdə ekspertlərin sualları cavablandırılıb, təklifləri dinlənilib.
Sonda tədbir iştirakçıları Fondun Bakı KOB Evində fəaliyyət göstərən xidmət pəncərəsinin fəaliyyəti ilə və Bakı KOB evində sahibkarlara təqdim olunan xidmətlərlə tanış olublar.
Oxşar xəbərlər
Azərbaycan sahibkarları dövlət zəmanəti ilə 500 milyon manatdan artıq güzəştli kredit alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İndiyədək sahibkarlara güzəştli şərtlərlə 500 mln. manatdan artıq kredit verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İpoteka və Kredit Zəmanət Fondu sığortaçı seçir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb - FƏRMAN [xfgiven_updateblue][/xfgiven_updateblue]
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












