Azərbaycanda 9 ayda 168 milyon manata yaxın güzəştli kredit verilib
Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 4 116 layihənin maliyyələşdirilməsinə 167,6 milyon manat güzəştli kredit verib.
Bu barədə "Report"a Fonddan bildirilib.
Məlumata görə, layihələrdən 3-ü işğaldan azad edilmiş ərazilərdə icra olunur. Həmin layihələrə 8,1 milyon manat güzəştli kredit verilib.
Bundan başqa, hesabat dövründə qurum 5 "yaşıl layihə" üzrə ümumilikdə 1,8 milyon manat güzəştli kredit verib.
Bu il fevralın 1-dən etibarən “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində sahibkarların həmin ərazilərdə icra edəcəyi layihələr üçün bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlər üzrə zəmanət və subsidiyanın verilməsinə başlanılıb. Həmin tarixdən oktyabrın 1-nə qədər daxil olmuş müraciətlər əsasında 7 layihə üçün bank və bank olmayan kredit təşkilatlarından əldə edilən ümumilikdə 15,7 milyon manat kredit üzrə 12,2 milyon manat zəmanət verilib. Bununla yanaşı, 4,5 milyon manat həcmində subsidiyanın ödənilməsi təsdiqlənib.
Oxşar xəbərlər
Azərbaycanda 8 ayda 138 milyon manatdan çox güzəştli kredit verilib
Azərbaycanda 7 ayda qadın və gənc sahibkarlara ayrılmış güzəştli kreditlərin məbləği açıqlanıb
Azərbaycanda bu il verilən güzəştli kreditlərin həcmi açıqlanıb
Lənkəranda istixana təsərrüfatının inkişafına güzəştli kredit ayrılıb
Bu il Azərbaycanda sahibkarlara 103 milyon manat güzəştli kredit verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













